Azərbaycanlı futbolçu Türkiyə Kubokunun oyununda "Qalatasaray"a qol vurub

6 Fevral 2025 17:21 (UTC+04:00)

"Boluspor"da çıxış edən azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyə Kubokunun matçında "Qalatasaray"a qol vurub. SİA-nın məlumatına görə, 29 yaşlı oyunçu C qrupunun II turunun qarşılaşmasında hesabı açıb.

İsgəndərli 11-ci dəqiqədə rəqib qapısına yol tapıb. Hazırda hesab 1:0 "Boluspor"un xeyrinədir.