Prezident minimum pensiyanın artırılmasını təsdiqləyib
6 Fevral 2025 16:03 (UTC+04:00)
Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. SİA xəbər verir ki, yenilənmiş qanuna əsasən, bu il fevralın 1-dən Azərbaycanda minimum pensiya 280 manatdan 320 manata çatdırılıb.