"Az bal toplayan müəllimlərə az saat verilir" - Təhsil naziri

6 Fevral 2025 15:34 (UTC+04:00)

"İbtidai sinif üzrə müəllimlərin əməkhaqqı əvvəl 748 manat idisə, sertifikasiyadan sonra 1 167 manat olub". SİA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev fevralın 6-da keçirdiyi brifinqdə deyib.

Nazir bildirib ki, Azərbaycan dili və ədəbiyyat fənni üzrə müəllimlər əvvəl 841 manat maaş alırdısa sertifikasiyadan sonra 1 355 manat, Riyaziyyat fənni üzrə əvvəl 1016 manat idisə, sonradan 1407 manat, Xarici dil üzrə 888 manat idisə, sonradan 1342 manat olub və artımlar vergilər daxil olmaqla olan rəqəmlərdir.

E.Əmrullayev əlavə edib ki, az bal toplayan müəllimlərə az saat verilir: "Səbəb zəif nəticə göstərən müəllimlərin tədris prosesində çox olmamasıdır".