Rəşad Nəbiyev Hacıqabulda vətəndaşları qəbul edib

6 Fevral 2025 13:26 (UTC+04:00)

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu gün Hacıqabulda vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.

O qeyd edib ki, Hacıqabulda Salyan, Kürdəmir, Hacıqabul rayonları və Şirvan şəhər sakinlərinin müvafiq müraciətlərinə baxılıb: "Qaldırılan məsələlərin bir hissəsi yerində öz müsbət həllini tapıb. Digər qisminin araşdırılması ilə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib".