"Bu, Gənclər və idman naziri Fərid Qayıbovun layihəsidir". Bunu SİA-ya Azərbaycan millisinin ağırlıqqaldıranı Dadaş Dadaşbəyli (109 kq) deyib.
O, Gənclər və idman naziri Fərid Qayıbov 2024-cü ilin dekabr və 2025-ci ilin yanvar aylarında ölkəmizi nüfuzlu beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılar və onların məşqçiləri ilə görüşündə iştirakından danışıb.
Dadaşbəylinin sözlərinə görə, nazir hər ay uğur qazanmış idmançılarla görüş keçirir: "Burada məqsəd idmançıların bir-birini yaxından tanıması, onların əldə etdikləri uğurlardan danışması, yarışların necə keçirildiyi barədə məlumat əldə etməkdir. Bu bütün idman növlərinə aiddir. Bu çox gözəl və maraqlı layihədir. Buna görə nazirə öz təşəkkürümü bildirdim ki, belə bir təşəbbüs irəli sürüb. Bunun nəticəsində biz idmançılar bir-birimizi daha yaxşı tanıyırıq. Hər ay bu görüşlər davam edir. Mənim üçün bu görüş çox özəldir. Belə layihələr sayəsində biz motivasiya oluruq. Nazirin bütün idmançılara xüsusilə də mənə göstərdiyi diqqətə görə qürurlanıram. Bu mənim üçün mühümdir. Nazir son müsahibəsində də bildirmişdi ki, Dadaş Dadaşbəylini Olimpiyada da görmək istəyirdik amma müəyyən səbəblərdən gedə bilməmişdik. Bu idmanda öz sözünü demiş, təcrübəli idmançılara böyük ilham mənbəyidir. Orada gənc idmançıların iştirakıda çox yaxşıdır. Çünki onlar bizlərə baxaraq daha da güc alaraq, motivasiya alırlar".
O, həmçinin gələcək planlarından da söhbət açıb: "İdman aləmində 2025-ci ilə start vermişik. Müəyyən planlarımız var. Ağıratletika üzrə Avropa birincliyi start götürəcək. Aprel ayında Maldovada baş tutacaq. Tam şəkildə bu yarışa hazırlaşırıq. Artıq təlim-məşq toplanışına start vermişik. Hər şey qaydasındadır. Bu il daha ağır ildir. Mühim yarışlar ard-arda keçiriləcək. Bizdə əlimizdən gələni edib, uğur qazanmaq üçün çalışırıq. Hədəfimiz və məqsədimiz çalışıb, vuruşaraq yüksək nəticə əldə etməkdir. Əsas amalımız 3 rəngli bayrağımızı ucalarda dalağalandırmaqdır".
Qeyd edək ki, fevralın 5-də Milli Gimnastika Arenasınd abş tutan görüşdə ağırlıqqaldırma, atletika, bədii gimnastika, batut gimnastikası, qadın idman gimnastikası, üzgüçülük, taekvondo, kəmər güləşi, qazaq güləşi, alpaqut, kikboksinq, kapoeyra, MMA idman növləri üzrə idmançılar çıxış etdikləri yarışlar, qazandıqları qələbələr barədə məlumat veriblər.