Azərbaycan millisi növbəti oyununu keçirəcək

6 Fevral 2025 10:00 (UTC+04:00)

Qadın basketbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək. SİA xəbər verir ki, yığma C qrupundakı beşinci matçında Belçika ilə üz-üzə gələcək.

Belçikanın "COREtec Dome" arenasında təşkil olunacaq qarşılaşma saat 23:15-də start götürəcək.

Qeyd edək ki, Evren Alkayanın baş məşqçisi olduğu kollektiv ilk oyunda Belçika millisinə 28:136 hesabı ilə məğlub olub. Yığma fevralın 9-da Bakıda Polşa ilə üz-üzə gələcək. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək görüş saat 17:00-da başlayacaq.