Şübhəli bilinənlər tutulub - FOTOLAR

6 Fevral 2025 09:06 (UTC+04:00)

Qobustan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib. DİN-in mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya bildirilib ki, tədbirlərlə Ü.Musayev, E.Hüsüyev və A.Məmmədov saxlanılıb.

Onlardan 3 kiloqram 300 qram marixuana aşkar olunub. Saxlanılanlar həmin narkotik vasitəni satış məqsədilə əldə etdiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.