Bakıda bu tarixdə 1 dərəcə şaxta olacaq

6 Fevral 2025 08:15 (UTC+04:00)

Bakıda və Abşeron yarımadasında fevralın 8-i gecədən etibarən suluqar yağmağa başlayacaq. SİA hava proqnozu tətbiqlərinə istinadən xəbər verir ki, fevralın 8-i gecə Bakıda havanın temperaturu 1 dərəcə şaxta təşkil edəcək. Fevralın 9-u da paytaxtda sulu qar yağacaq. Gündüz 2 dərəcə isti, gecə isə 0 dərəcə təşkil edəcək.