Bu ilin ən güclü smartfonları açıqlandı

6 Fevral 2025 07:18 (UTC+04:00)

Bu ilin yanvar ayı üzrə dünyanın ən yüksək reytinqli smartfonlarının siyahısı dərc edilib. SİA xəbər verir ki, siyahını “AnTuTu” bençmarkının tərtibatçıları hazırlayıb. Siyahıya “Vivo X200 Pro Satellite Edition” smartfonu liderlik edir. “Oneplus Ace 5 pro” subflaqmanı ikinci, “Red Magic 10 Pro+” isə üçüncü yeri tutub. Onları “iQOO 13” təqib edir. Top-beşliyi “iQOO Neo 10 Pro” smartfonu tamamlayır. Qeyd olunub ki, reytinqə çin bazarında satışa çıxarılan smartfonlar düşüb.