İngiltərə Liqa Kuboku: "Nyukasl" ikinci oyunda da "Arsenal"ı məğlub edərək finala yüksəlib

6 Fevral 2025 01:59 (UTC+04:00)

İngiltərə Liqa Kubokunda ilk finalçı bəlli olub. SİA xəbər verir ki, yarımfinalda "Nyukasl" və "Arsenal" komandaları qarşılaşıb. İlk görüşdə olduğu kimi, bu matç da birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da, "Nyukasl" adını Liqa Kubokunda finala yazdırıb.

Yarımfinalın digər oyununda "Liverpul" və "Tottenhem" komandaları üz-üzə gələcək. İlk görüş London təmsilçisinin 1:0 hesablı qələbəsi ilə nəticələnib.