Türkiyə millisinin sabiq qapıçısı Sinan Bolat yenidən Superliqada çıxış edəcək.
SİA xəbər verir ki, təcrübəli qolkiper "Kasımpaşa"ya keçib. O, Belçikanın "Vesterlo" komandasından mövsümün sonunadək icarəyə götürülüb.
Qeyd edək ki, 36 yaşlı Bolat Türkiyədə "Kayserispor" və "Qalatasaray"da çıxış edib.