9-cu sinif şagirdi məktəb mühafizəçini döyüb

5 Fevral 2025 20:43 (UTC+04:00)

…Krasnodar diyarında şagird mübahisə zəminində məktəbin mühafizəçisini döyüb. SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisə 22 saylı məktəbdə baş verib. Təhsil müəssisəsinin mühafizəçisi polislə əlaqə saxlayıb və bildirib ki, o, 9-cu sinif şagirdi tərəfindən döyülüb – yeniyetmə dəfələrlə kişinin başına yumruq vurub.

Azyaşlının aqressivliyinə səbəbləri açıqlanmayan münaqişə səbəb olub.

Hüquq-mühafizə orqanlarının əməkdaşları mühafizəçinin ifadəsini alıblar.

Hadisə ilə bağlı araşdırma aparılır. Bundan əvvəl Yekaterinburqda bir məktəbli sinif yoldaşının hücumuna məruz qalaraq xəstəxanaya yerləşdirilmişdi.

Uşaq inciklikdən kəsici-deşici əşyanı çıxararaq başqa bir şəxsi çiyin nahiyəsinə vurub və nəticədə bıçaq xəsarəti alıb. Zərərçəkən yaxınlıqdakı tibb müəssisəsinə çatdırılıb, həkimlər vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

Əli Babayev