...Novosibirskdə rusiyalı müğənni və “Gecə snayperləri” rok qrupunun rəhbəri Diana Arbeninanın konsertini ləğv etməyə çağırıblar.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə yerli Sib.fm nəşri məlumat yayıb.
Novosibirsk vilayətinin Atalar İttifaqının rəhbəri Sergey Mayorov sənətçinin fevralın 21-nə planlaşdırılan konsertinin ləğvini tələb edib.
Onun fikrincə, xüsusi hərbi əməliyyat zamanı Rusiyaya dəstək verməyən müğənninin səhnəyə buraxılması yolverilməzdir.
…Arbenina İsrail ordusuna dəstək verdi və döyüşçülərimizi gözdən salan mahnılar buraxdı. Eyni zamanda o, sakitcə ölkəni gəzir və pul qazanır.
Bunu Mayorov bildirib.
Daha əvvəl rusiyalı aktrisa Yana Poplavskaya xüsusi hərbi əməliyyatı qınayan “Neschastny Sluchai” qrupunun lideri Aleksey Kortnevin “ləğv edilməsi” barədə məlumat vermişdi. Sosial şəbəkələrdə qəzəb dalğasından sonra musiqiçinin Moskva Musiqili Teatrının quruluşunda iştirak etməyəcəyi məlum olub. Xəbərə teatr nümayəndələri də münasibət bildiriblər.
Nazlı Almuradova