Kadırov məhbusları göstərərək ukraynalılara müraciət edib

5 Fevral 2025 19:15 (UTC+04:00)

Çeçenistan rəhbəri Ramzan Kadırov əsir götürülən iki döyüşçünü göstərərək ukraynalılara müraciət edib.

SİA-nın məlumatına görə, o, Telegram kanalında keçmiş hərbçilərin şərhlərinin yer aldığı kadrları yayıb.

Təqdim olunan videoda “Axmat” xüsusi təyinatlı dəstəsinin komandiri Apti Alaudinov Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbi əsirləri Petro və Denis ilə söhbət edib.

Hər ikisi Rusiya tərəfində onlara qarşı humanist münasibəti qeyd edib.

Kadırov vurğulayıb ki, heç kim silahsız insanlara qarşı döyüşmək fikrində deyil.

…Bizim düşmənimiz yalnız əlində silahla Rusiyanın və hərbçilərimizin maraqlarına zidd hərəkət edəndir. Belə insanlara mərhəmət olmayacaq,-deyə Çeçenistan lideri yazıb.

O, Ukrayna Silahlı Qüvvələrinin digər əsgərlərinə yaxınlarının həyatını düşünməyi və silahlarını təhvil verməyi tövsiyə edib.

Daha əvvəl bildirilib ki, Kadırov Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətində məhv edilməsini əks etdirən kadrları yayıb.

Görüntülərdə FPV pilotsuz uçan aparatının əsgərlərə və texnikaya hədəfli zərbə endirdiyi əks olunub.

Əli Babayev