...Kostanaydan Arkalıqa uçan AN-2 ambulans təyyarəsi şiddətli qar fırtınası zamanı təyinat hava limanına çata bilməyib və Arkalık şəhərindən 1,5 km aralıda sərt eniş edib.
SİA-nın məlumatına görə, bu barədə “112 KZ” Telegram kanalı yazıb.
Təyyarənin göyərtəsində iki pilot və iki həkim olub. Onların heç biri xəsarət almayıb. Hadisə barədə məlumat daxil olandan sonra yanğınsöndürənlər və xilasedicilər hadisə yerinə gedib, gəmidə olanların hamısını taparaq Arkalıq şəhərinə aparıblar.
Hadisənin bütün şəraiti aydınlaşdırılır.
...Dekabrın 23-də Rusiya aviaşirkətinə məxsus təyyarənin uçuş zamanı kokpit pəncərəsi çatlamışdı. Boeing 737-800 reysi Moskvadan Krasnoyarska uçurdu. Ekipaj ön şüşənin çatladığını bildirdi və təyinat hava limanına getməyə qərar verdi. Hadisədən sonra uçuşun rahat keçdiyi qeyd edilir. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Əli Babayev