Azərbaycan Kuboku: “Neftçi” ilk oyunda “Kəpəz”ə qalib gəlib

5 Fevral 2025 18:00 (UTC+04:00)

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə start verilib.

SİA xəbər verir ki, ilk olaraq meydana “Kəpəz” və “Neftçi” komandaları çıxıblar. Tovuz şəhər stadionunda oynanılan görüş Bakı təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 35-ci dəqiqədə Ağadadaş Salyanski, 69-cu dəqiqədə Yuri Matias vurublar. Komandalar arasında cavab qarşılaşması fevralın 28-də keçiriləcək.

Günün ikinci matçında “Sabah” “Bank Respublika Arena”da “Sumqayıt”ı qəbul edəcək. Oyun saat 18:30-da start götürəcək.

Qeyd edək ki, bu raundun görüşlərinə fevralın 6-da yekun vurulacaq.