Yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı agentliyin baş redaktoru Yunus Oğuzun özbək dilində yeni kitabı işıq üzü görüb. SİA xəbər verir ki, nəfis şəkildə tərtib olunan "Çinqizxon və Jaloliddin" adlı kitab Özbəkistanın "BAYOZ" MMC şirkəti tərəfindən çap edilib.