Retro üslublu qeyri-adi Citroen elektrik avtomobili təqdim edildi

5 Fevral 2025 23:45 (UTC+04:00)

...Miniatür elektrik avtomobili Citroen Ami retro üslubda orijinal modifikasiya alıb. Büdcə avtomobili fevralın 5-də Parisdə keçiriləcək Retromobile sərgisində təqdim olunacaq.

SİA xəbər verir ki, bu barədə Caselani şirkətinin saytında məlumat verilir.

Citroen Ami-nin orijinal tüninqini məhz bu italyan şirkəti həyata keçirib. O, müasir avtomobillərin retro versiyalarının yaradılmasında ixtisaslaşıb - Caselani əvvəllər Citroen Belingo modelini modifikasiya edib.

Layihə Type-Ami adlanırdı və Citroen tərəfindən təsdiqləndi. Kiçik elektrik avtomobili 1947-ci ilin Citroen Type H modelinə bənzəyəcək şəkildə hazırlanmışdır.

Type-Ami-nin ön hissəsində radiator barmaqlığını təqlid edən böyük Citroen loqosu var, yuvarlaq faralar isə böyüyüb. Bundan əlavə, avtomobil qabarıq təkər tağları və büzməli yan divarları ilə seçilir.

Nazlı Almuradova