...Qlobal xəstəlik yükünün təhlili göstərib ki, 2050-ci ilə qədər dünyada gözlənilən ömür uzunluğu beş il artacaq, lakin bu artım COVID-19 pandemiyasından əvvəlkindən daha yavaş olacaq.
SİA xəbər verir ki, analizin nəticələri The Lancet jurnalında dərc olunub.
Simon Hayın rəhbərlik etdiyi Vaşinqton Universitetindən bir qrup elm adamı ölümcül olmayan xəstəliklər və əlilliklə yaşamış illər də daxil olmaqla 204 ölkə üçün 2050-ci ilə qədər xəstəlik yükünün proqnozlarını genişləndirdi.
Proqnoz göstərir ki, gözlənilən ömür uzunluğu 2022-ci ildəki 73,6 yaşdan 2050-ci ildə 78,2 yaşa qədər artacaq, lakin bu artım 1990-cı ildən 2019-cu ilə nisbətən daha yavaş olacaq.
Ən böyük artım gözlənilən ömür uzunluğu aşağı olan ölkələrdə gözlənilir.
Sub-Sahara Afrikasında orta ömür uzunluğu 64,4-dən 73,6-ya yüksələcək. 2050-ci ildə gözlənilən ömür uzunluğu yüksək gəlirli ölkələrdə ən yüksək olacaq.
Kişilər üçün gözlənilən ömür uzunluğu 75 yaşa, qadınlar üçün isə 80 yaşa çatacaq. Gözlənilən ömür uzunluğunun artırılmasında əsas amil ürək-damar xəstəliklərindən ölüm hallarının azalması olacaq.
Sub-Sahara Afrikası, Latın Amerikası və Karib hövzəsində tənəffüs yoluxucu infeksiyalar və vərəmdən, həmçinin COVID-19-dan ölüm hallarının azalması mühüm rol oynayacaq.
Ana və neonatal ölüm hallarının azaldılması gözlənilən ömür uzunluğunun artmasına da əhəmiyyətli təsir göstərəcək.
Nazlı Almuradova