"Sərhədçi" heyətinə yeni basketbolçu qatıb. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.
Paytaxt klubu ABŞ-dən olan Cimmi Nikolsla anlaşıb. Oyunçu artıq komandanın məşqlərinə də qoşulub.
O, sabah "Neftçi"yə qarşı keçirəcəkləri Azərbaycan Basketbol Liqasının XIV turunun matçında meydana çıxa biləcək.
Qeyd edək ki, "Neftçi" - "Sərhədçi" qarşılaşması fevralın 6-da, saat 19:00-da start götürəcək.