“Kateterə bağlı sidik yolu infeksiyaları” mövzusunda seminar həyata keçiriləcək

5 Fevral 2025 17:02 (UTC+04:00)

7 fevral 2025-ci il tarixində Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin təşkilatçılığı ilə Mərkəzi Gömrük Hospitalında saat 15:00-da “Kateterə bağlı sidik yolu infeksiyaları” mövzusunda seminar həyata keçiriləcək. SİA xəbər verir ki, seminarda Mərkəzi Gömrük Hospitalının Urologiya şöbəsinin rəisi Bəhruz Xalıqov geniş təqdimatla çıxış edəcək və auditoriyanı maraqlandıran sualları cavablandıracaq.

Seminar bütün ixtisaslı həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Seminarda iştirak ödənişsizdir və qeydiyyatdan keçmək mütləqdir! Seminarda iştirak üçün 051 232 66 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.