İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi auditor seçir

5 Fevral 2025 16:58 (UTC+04:00)

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 13 manatdır.

İddiaçılar təkliflərini fevralın 19-na qədər Agentliyin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi, 48 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 19-da, saat 16:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu sorğunun qalibi "HLB Azərbaycan" MMC olub. Şirkətə 4 500 manat ödənilib.