Ağdam-Şuşa yolunda avtomobil aşıb

5 Fevral 2025 15:45 (UTC+04:00)

Ağdamda “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. SİA xəbər verir ki, ikisi qadın olmaqla, üç nəfərin xəsarət aldığı hadisə işğaldan azad edilmiş Ağdam şəhəri ərazisində, Ağdam-Şuşa yolunda baş verib.

Yaralılar Xankəndi şəhər xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.