"Qarabağ"dan ayrılan futbolçunun Macarıstan klubuna keçidi rəsmiləşib

5 Fevral 2025 15:43 (UTC+04:00)

"Qarabağ"dan ayrılan braziliyalı futbolçu Julio Romaonun Macarıstan təmsilçisi "Ferentsvaroş"a keçidi rəsmiləşib. SİA xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

2022-ci ildən "köhlən atlar"da çıxış edən Romao 120 oyunda 2 qol vurub. O, 2022/2023 və 2023/2024 mövsümlərində Azərbaycan çempionu, 2023/2024 mövsümündə ölkə kubokunun qalibi olub.