"Kadi Borges çox yaxşı və keyfiyyətli futbolçudur". Bunu SİA-ya Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov deyib.
O, 28 yaşlı braziliyalı futbolçunun yenidən "Qarabağ"a transfer olunmasına münasibət bildirib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, Kadi zamanında "Qarabağ"a xeyli köməklik edib: "Lakin onun indiki vəziyyətdə fiziki durumuna agah deyilik. Ona görə də bu barədə geniş danışmaq çətindir. Ola bilər ki, hazırda futbolçu öz formasında olmasın. Lakin ümumilikdə Ağdam təmsilçisi bu futbolçunu yaxşı tanıyır. Hər şeydən əlavə Qurban Qurbanov Kadinin nəyə qadir olduğunu bilir. Ona görə də onun hansı formadaolmasından aslı olmayaraq komandaya geri gətiribdir. Düşünürəm ki, əvvəlki Kadi olsa yaxşı bir transferdir".
Qeyd edək ki, 2021-22-ci illərdə "Qarabağ" da forma geyinən Kadi 75 oyunda 28 qol vurub. O, 2021/22 mövsümündə Azərbaycan çempionu və kubokunun qalibi olub.
Banuçiçək Hüseynli