Ötən ay dünya bazarlarında qızılın bir troya unsiyasının qiyməti 2 710 ABŞ dolları olub. SİA bu barədə Dünya Bankının əmtəə qiymətləri üzrə aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, bu, 2024-cü ilin dekabr ayı ilə müqayisədə 2,3% və ya 62 ABŞ dolları çoxdur.
Yanvar ayında gümüşün 1 troya unsiyasının qiyməti əvvəlki ayla müqayisədə 0,4 ABŞ dolları ucuzlaşaraq 30,4 ABŞ dolları təşkil edib.
2024-cü il ərzində qızıl 1 troya unsiyasının orta qiyməti 2 388 ABŞ dollarına bərabər olub. Bu, 2023-cü illə müqayisədə 22,9% və ya 445 ABŞ dolları çoxdur. İl ərzində gümüşün 1 troya unsiyasının orta qiyməti isə 28,3 ABŞ dollarına bərabər olub ki, bu da illik müqayisədə 20,9% və ya 4,9 ABŞ dolları artım deməkdir.