19 yaşadək futzalçılardan ibarət millinin üzvləri ilə görüş

5 Fevral 2025 11:44 (UTC+04:00)

Futzal üzrə Avropa çempionatının ilkin təsnifat mərhələsində iştirak edən və yer aldığı B qrupunun qalibi olan Azərbaycanın U-19 millisinin üzvləri ilə görüş keçirilib. SİA Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qurumun vitse-prezidenti Elşən Abasov komanda üzvlərini qazanılan uğur münasibəti ilə rəhbərlik adından təbrik edib, əsas mərhələdə də inamlı oynamağın vacibliyini bildirib və bunun üçün komandaya lazımi şəraitin yaradılacağını vurğulayıb.

Avropa çempionatının əsas mərhələsində keçirilən Azərbaycan – Yunanıstan oyunundan əvvəl baş tutan görüşün sonunda U-19-un üzvlərinə diplomlar təqdim olunub və xatirə şəkilləri çəkdirilib.

Qeyd edək ki, U-19 Avropa çempionatının əsas mərhələsində Bosniya və Herseqovina, Xorvatiya və Türkiyə yığmaları ilə qarşılaşacaq. Oyunlar 25-30 mart tarixlərində Xorvatiyada təşkil olunacaq.