Kiberhücumlar 45 % artıb

5 Fevral 2025 11:10 (UTC+04:00)

Bu ilin yanvar ayında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarına 142 kiberhücum indikatoru (IOC) müəyyən edib. SİA-nın Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, bir il əvvəlki göstəricidən 45 % çoxdur.

Kibertəhdidlərin 43-ü daxili araşdırma, 99-u isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.

Hesabat dövründə “AzStateNet” şəbəkəsi üzrə 46,565 milyon zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 337 min, “Sandbox” mühafizə sistemi vasitəsilə isə 19 383 zərərverici tərkibli elektron sənəd blok edilib.