“Azərbaycanda süni düyü yoxdur” - AİB SƏDRİ DANIŞDI

5 Fevral 2025 10:55 (UTC+04:00)

“Düyünün 100-dən çox növü var. Düyü dəm almasında, hasil olmasında suyun codluğunun da böyük rolu var. O 100-dən çox növü olan düyünün hər birinin özünəməxsus hazırlanma qaydası var”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Onun sözlərinə görə, Azərbaycanda süni düyü yoxdur: “Dünyada süni düyü var, deyilən məlumatlara görə Çində istehsal olunur. Kim mənə süni düyünün və yaxud süni yumurtanın nümunəsini gətirsə, mən ona 100 manat hədiyyə verəcəm. Süni düyü yoxdur. Sadəcə olaraq onun dəmlənməsi növləri var, necə yetişdirilməsi var, hansı şəkildə yetişdirilməsi və s.”

Eyyub Hüseynov sözlərinə belə davam edib: “Lakin insanlar elə primitiv üsullarla ola bilsin ki, əvvəlcə ona suda baxıb tez yumşaltmağını bilib onun dəmlənmə vaxtını və s. özləri müəyyən edə bilərlər. O da natural yetişdirilmiş düyüdür.

Qidanın təhlükəsizliyinə AQTA tam nəzarət edir. Böyük marketlər şəbəkəsində təhlükəli qida demək olar ki, yox dərəcəsindədir. Lakin ara marketlərdə, bazarlarda və s. kimyalaşmış düyü ola bilər. Onu da müəyyən etmək üçün labaratoriya lazımdır. Düyünü alarkən onu qoxlamaq lazımdır. Əgər ondan müəyyən dərman iyi gəlirsə belə düyünü almaqdan imtina etmək lazımdır. Əlbəttə süni düyünü yandırmaqla müəyyən etmək olar. Lakin qeyd etdiyim kimi süni düyü Azərbaycanda yoxdur”.

Ayşən Vəli