Ağstafada üç nəfər dəm qazından zəhərlənib

5 Fevral 2025 09:20 (UTC+04:00)

Ağstafada zəhərlənmə faktı qeydə alınıb. SİA xəbər verir ki, hadisə Ağstafa şəhərinin Hüseyn Arif küçəsində baş verib. Belə ki, 3 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Məlumata görə, hər üç şəxs yaşadığı evdə dəm qazından zəhərlənib.

Faktla bağlı araşdırma aparılır.