“Barselona”nın hücumçusu Rafinya evliliklərinin üçüncü ildönümündə həyat yoldaşına sürpriz edib. SİA xəbər verr iki, cütlük “İnstaqram” səhifələrində “Barsa”nın ulduzunun sevgilisi üçün təşkil etdiyi bayram ab-havasını əks etdirən birgə paylaşım ediblər. “O və onun sürprizləri həmişə məni dünyanın ən vacib qadını kimi hiss etməyə məcbur edir! Həyatımın eşqi ilə evli 3 il, ən yaxşı seçimim”, – deyə Natalia Belloli yazıb.