Zelenski Ukraynanın itkilərini açıqladı

5 Fevral 2025 05:22 (UTC+04:00)

Ukrayna Silahlı Qüvvələri (USQ) döyüş əməliyyatları zamanı 45 min nəfər itki verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində bildirib. “İtkilərimizə gəlincə, dəqiq rəqəmlər bizim üçün çox vacibdir. 45 min nəfər həlak olub və təxminən 390 minə yaxın insan yaralanıb”, – dövlət başçısı deyib. Bundan əlavə, Zelenskinin sözlərinə görə, 50-70 min nəfər itkin düşmüş hesab olunur.