Keçmiş arxdeakon Kurayev Tbilisi hava limanından göndərilib...

4 Fevral 2025 21:04 (UTC+04:00)

Moskva Patriarxlığının Rus Pravoslav Kilsəsinin keçmiş protodeakonu Andrey Kurayev (Rusiya Federasiyasında xarici agent kimi tanınıb - A.B.) Tbilisiyə buraxılmayıb, o, universitetlərdən birində çıxış etmək üçün dəvət olunubmuş. SİA xəbər verir ki, bu barədə Formula nəşri məlumat yayıb. …Kurayev Gürcüstana Tbilisi Sulxan-Saba Orbeliani Universiteti tərəfindən dəvət olunub. Lakin sərhədə çatan kimi ona üç il müddətinə Gürcüstana girişinə qadağa qoyulduğuna dair sənəd verilib.

Bunu nəşr yazır.

…Kurayevin Gürcüstandan qovulmasının və ölkəyə buraxılmamasının səbəbi açıqlanmır. Məsələ bundadır ki, onu dəvət edən universitet də vəziyyəti şərh etməyib.

Qeyd edək ki, 2024-cü ildə Patriarx Kirilin qərarı ilə vəzifəsi ləğv edilən Andrey Kuraev Litvada Konstantinopol Patriarxlığının Eksarxlığının ruhaniliyinə qəbul edildi və burada missionerlik fəaliyyəti ilə məşğul olacaq.

2023-cü ilin noyabrında ilahiyyatçı Rusiyanı tərk edərək Praqaya gedib. Dekabrın 22-də isə Kurayev xarici agentlərin reyestrinə daxil edilib.

Əli Babayev