Türkiyə ilə Suriya arasındakı ticarətdə ixrac və idxal sərbəst olacaq.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bunu ticarət naziri Ömər Bolat Qaziantep şəhərində keçirilən Türkiyə-Suriya İqtisadi Əməkdaşlıq Sammitində çıxışı zamanı deyib.
Suriya ilə ticarətdə yeni rejimin tətbiq ediləcəyi barədə məlumat verən Bolat "İxrac və idxalına məhdudiyyət qoyulan bəzi məhsullar var idi. Fevralın 6-sı, ən geci 7-si yeni ticarət rejimi tətbiq edəcəyik. 2-3 məhsul istisna olmaqla Suriya ilə ticarət ixrac və idxalda sərbəst olacaq" deyib.
Suriyanın yenidən qurulmasına dəstəyin davam edəcəyini söyləyən Ömər Bolat onu da deyib ki, Türkiyədən podratçılar Suriyanın inşasında aktiv rol oynayacaqlar. Dəməşq hava limanının canlandırılması, dəmir yolunun bütövlüyünün təmin edilməsi kimi bir çox layihə var. Dəməşqə qədər olan M4 və M5 magistral yollarında aparılan işlər isə Türkiyə podratçıları tərəfindən Suriyaya sahədə dəstək olacaq.