"Ermənistan Azərbaycan ərazisinin bir hissəsini yenidən işğal etmək istəyər. Əgər Ermənistana qalsa Azərbaycan üçün məqbul olmayan, suverenliyimizin, müstəqilliyimizin ziyan olan bir müqavilənin bağlanmasına nail olmaq istəyə bilər. Təsadüfi deyil ki, vaxt aşırı onlar sülh müqaviləsinin 17 bənddindən 15-nin razılaşdırdıqını və bu 15 bənddən ibarət ola biləcək müqavilənin imzalanmasına hazır olduğunu görürük. Hansı ki, elə müqavilənin əsas məzmunu razılaşdırılmayan 16-cı və 17-ci maddəsidir ki, Ermənistanda bu maddələrə razı olmadıqını dilə gətirib". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Ermənistan konstusiyasında hələdə Azərbaycana qarşı, onun ərazi bütövlüyünü tanımayan, heç bir zamanda Azərbaycana qarşı hərbi əməliyyat keçirməyəcəyini öhdəliyini öz üzərinə götürmək istəmir. Azərbaycana qarşı olan kompanyaları etməkdə çəkinmir, heç bir şey olmadığı halda Avropa Birliyinin bir qrup nümayəndəsinin Azərbaycanla şərti sərhəd zonasında yerləşdirib. Göründüyü kimi Ermənistanın bu gün Azərbaycanla daimi sülhə nail olunması üçün kifayət qədər maneəçilik törədən addımlar var. Ancaq bununla belə bütün təzyiqlərə baxmayaraq Azərbaycan öz milli maraqlarını qorumaq gücündədir. Biz torpaqlarımızı işğaldan azad etmişik. Biz şərti sərhəd xəttinə gəlib çatdıq. Bu gün Azərbaycan Ermənistanı daimi sülhə, sülh şərtlərini qəbul etməyə çağırır. Belə olmadığı halda Azərbaycanla Ermənistanın hər hansı bir müqaviləsi ola bilməz. Bu sülh müqaviləsi elə Ermənistanın özünə lazımdı. Ermənistan özünü siyasi bir bataqlıqa salıb. Azərbaycan isə Ermənistanla müqavilə olmadan belə yaşıya bilər. Ötən illər bunu bir daha sübut etdi.