Anar Quliyev Lənkəranda vətəndaşları qəbul edib - FOTOLAR

4 Fevral 2025 16:18 (UTC+04:00)

Bu gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Lənkəran şəhərində vətəndaşları qəbul edib. SİA xəbər verir ki, bunu Komitə sədri "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Bugünkü vətəndaş qəbulu Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinlərini əhatə etdi. Vətəndaşların torpaq münasibətləri, yaşayış və qeyri-yaşayış təyinatlı obyektlərin tikintisinə və istismarına icazə icraatı ilə bağlı suallarını cavablandırdıq, qaldırılan məsələləri həll etdik, Komitənin yaratdığı Elektron İcazə sisteminin üstünlükləri haqqında ətraflı məlumat verdik", - deyə o qeyd edib.