"İş bazlar burada böyük həcmdə gəlirlər əldə edirlər" - AYDINLIQ GƏTİRİLDİ

4 Fevral 2025 14:03 (UTC+04:00)

"Azərbaycanda mənzil komunal xidmətlərin ödənilməsi qanunla tənzimlənir. Bu qanunlar isə mənzil məcəlləsində öz əksini tapmışdır. Bizim bazar iki hissəyə bölünmüşdür. Bunlardan birincisi köhnə yaşayış fondu, ikincisi isə yeni yaşayış fondudur". Bu sözləri SİA-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Elnur Azadov deyib.

Onun sözlərinə görə, çoxmənzilli binalarda və onun idarəetmə xərclərinə binanın tərkibində olan qurum baxmalıdır: "Bu arada hansısa yeni bir tikili və yaxud da köhnə tikili bina anlayışı yoxdur. Lakin faktiki olaraq bizdə 2 fonddan ibarətdir. Köhnə binalar hansı ki, onların istismarı dövlətin üzərindədir və yeni inşa olunmuş binalar hansılar ki, özəldir burada qanunla çoxmənzilli binalar bina istismara qəbuldan keçəndən, çıxarış verildikdən sonra onlar Ədliyyə Nazirliyindən keçməlidirlər və müştərək cəmiyyət yaratmalıdırlar. Bu sahənin özünəməxsus böyük bir problemləri var.

Ümumilikdə bu kimi xidmətlərin ödənilməsi ilə bağlı hər iki sektorda problem var. İstər köhnə yaşayış fondunda, istərsə də yeni yaşayış fondunda bu problemlər öz əksini tapmışdır. Köhnə yaşayış fondunda vətəndaşlar bu kimi ödənişlərdən boyun qaçırırlar. Düzdür xidmət haqları olduqca ucuzdur, lakin vətəndaşlar çalışırlar ki, xidmətlər zəif olduğundan və ya da artıq xərc kimi bildiklərindən bu ödənişləri ödəmirlər. Vaxtaşırı mənzil kommunal təsərrüfatı sahəsində müraciət olduqda, arayışların əldə olunması, müəyyən bir işlərlə bağlı vətəndaşlara borclarının olması ilə bağlı bildiriş verilir. Nadir hallarda dövlət qurumları vətəndaşları məhkəməyə verirlər. Amma yeni inşa olunmuş binalarda xidmət haqları daha yüksəkdir. Burada fikrimcə lüzumsuz xərclərdə çoxdur və ən vacibi odur ki, kölgə iqtisadiyyatının mühüm bir hissəsini təşkil edir. Ümumilikdə ölkədə iki mindən çox yaşayış binası var ki, bunun toplam olaraq bir milyona yaxın istehlakçısı var. Bir milyona yaxın istehlakçı bu qanunsuz əməllərdən kölgə iqtisadiyyatının bir mühüm hissəsindən zərər çəkirlər. Təəssüflər olsun ki, vətəndaşların bir çoxu qanunu bilmir, qanunu bilənlər isə heçnə edə bilmirlər".