Bu ilin yanvar ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 min 261 nəfər olub. Bu barədə SİA-ya Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, onların 111 min 419 nəfəri yaşa, 14 min 214 nəfəri əlilliyə, 21 min 628 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.