Azərbaycanda pul bazası 1 %-ə yaxın azalıb

4 Fevral 2025 12:07 (UTC+04:00)

Bu il fevralın 1-nə Azərbaycanda pul bazası 20 milyard 124,1 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, yanvarın 1-i ilə müqayisədə 3,8 % azdır.

Ölkədə pul bazası son 1 ildə isə 0,7 % azalıb.