Xocalının Ballıca kəndində ilk körpə dünyaya gəlib

4 Fevral 2025 09:54 (UTC+04:00)

Xocalı rayonunun Ballıca kəndində ilk körpə dünyaya gəlib. SİA-nın məlumatına görə, Xocalı sakini 1996-cı il təvəllüdlü Sevanə Məmmədovanın dünyaya gətirdiyi ilk övladı oğlandır.

Hazırda ana və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir, vəziyyətləri qənaətbəxşdir.

Valideynləri körpəyə babası Mehdinin adını qoyublar.

Qeyd edək ki, körpənin atası İlqar Məmmədov Vətən müharibəsinin iştirakçısı olub və hazırda ANAMA-da işləyir.