Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində növbəti oyununa bu gün çıxacaq. SİA-nın məlumatına görə, Vitali Borisovun baş məşqçisi olduğu komanda Bakıda Yunanıstanı qəbul edəcək.
Bakı İdman Sarayında təşkil olunacaq matç saat 20:00-da start götürəcək.
AVRO-2026
Əsas mərhələ
V qrup
20:00. Azərbaycan – Yunanıstan
Hakimlər: Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Hakim-inspektor: Stefan Tivold (Sloveniya).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl Bakıda İsveçlə heç-heçə (3:3) edib, səfərdə Xorvatiyaya məğlub olub - 2:9.