Nyu-York birjasında təbii qaz cüzi bahalaşıb

4 Fevral 2025 09:25 (UTC+04:00)

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. SİA xəbər verir ki, martda çatdırmaq şərtilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya görə (British thermal unit – Britaniya istilik vahidi) 0,09% artaraq 3,313 ABŞ dolları təşkil edib.