Azərbaycan Basketbol Liqasında XIV tura bu gün bir oyunla start veriləcək. SİA-nın məlumatına görə, A qrupunda "Abşeron" "Naxçıvan"la üz-üzə gələcək.
Abşeron Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq görüşün start fiti saat 19:00-da səsləndiriləcək. Hazırda "Naxçıvan" qrupda 22 xalla ikincidir. Üçüncü olan "Abşeron"un 19 xalı var.
Qeyd edək ki, turun digər görüşləri fevralın 5-8-i aralığında keçiriləcək.