Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında yol qəzası zamanı qadın ölüb

4 Fevral 2025 09:20 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. SİA xəbər verir ki, 1965-ci il təvəllüdlü Məmmədəliyev Vüqar İsaq oğlu idarə etdiyi "Saipa” markalı avtomaşınla Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında hərəkətdə olan zaman piyada 1971-ci il təvəllüdlü Novruzova Məryəm Fərmayıl qızını vurub.

Nəticədə qadın aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.