Ərdoğan Suriyaya səfər edəcək - KİV

4 Fevral 2025 08:15 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edəcək. SİA xəbər verir ki, bu barədə “Türkiyə gazetesi” məlumat yayıb. Bildirilib ki, ölkə başçısının səfəri Ramazan ayı öncəsi planlaşdırılıb. Nəşr yazır ki, Suriyanın yeni lideri Əhməd əl-Şaraa (Culani) Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.

Qeyd edək ki, Culani də fevralın 4-də Türkiyədə səfərdə olacaq.