Müğənni Qumral tanınmış simaların sosial şəbəkələrdə göstərdikləri həyatın saxta olduğunu, əslində onların xoşbəxt olmadıqlarını iddia edib. SİA xəbər verir ki, bu haqda o, Space TV-də "Tarixin bir günü” verilişində danışıb. "Tətilə gedərkən hər şeyi çəkib paylaşırlar. Özü də bunu professional şəkildə edirlər. Bu çox çətin işdir. Bu sadəcə göstəriş üçündür” deyə o bildirib.