Ərdoğan zəlzələlərlə bağlı tapşırıq verdi

4 Fevral 2025 05:29 (UTC+04:00)

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Egey dənizində son günlərdə intensivləşən zəlzələlər fonunda İstanbulda və ölkənin digər əyalətlərində baş verə biləcək fövqəladə hallara ciddi hazırlıq görməyə çağırıb. SİA xəbər verir ki, Türkiyə lideri bu barədə Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciət edib. O, yerli rəhbərlikləri məsələyə əhəmiyyət verməyi və şəhərləri mümkün zəlzələlərə hazırlamağı tapşırıb.