Makron yenə tənqid hədəfinə çevrildi

4 Fevral 2025 06:08 (UTC+04:00)

Üç fransız senator hazırladıqları hesabatda Prezident Emmanuel Makronun Afrikadakı xarici siyasətinin uğursuzluqları ilə yanaşı, onun Fransanın imicinə və qitə ölkələri ilə münasibətlərə mənfi təsirini vurğulayıblar. SİA xəbər verir ki, Fransada Senat tərəfindən açıqlanan hesabatda fransız qoşunlarının ardıcıl şəkildə Mali, Burkina Faso, Niger, Çad və ən son Senaqaldan çıxarılmasının, son illərdə qitədə Fransanın imicinin, onun müəyyən ölkələr və onların əhalisi ilə münasibətlərinin ümumi şəkildə pisləşməsinin Prezident Emmanuel Makronun xarici siyasətinin böyük uğursuzluğunun nəticəsi olduğu bildirilib. Senatorlar bu uğursuzluğu E. Makronun istifadə etdiyi metodlar, eləcə də əvvəllər Fransanın tərəfdaşı olmuş bir çox rejimin devrilməsinə gətirib çıxaran vəziyyətin dərindən təhlil edilməməsi ilə əlaqələndiriblər. Fransanın verdiyi bir sıra rəsmi qərarlar və bəyanatların təkəbbürlü, Afrika liderlərinə və ya xalqlarına qarşı aşağılayıcı xarakter daşıdığı diqqətə çatdırılıb.