"Kızıl qoncalar"ın final tarixi açıqlandı

4 Fevral 2025 03:44 (UTC+04:00)

Prodüser Faruk Turqut reytinqi yüksək olan "Kızıl qoncalar" serialının final etməsi ilə bağlı açıqlama verib. SİA Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın iyun ayında 50-ci seriyası çəkiləcək. Prodüser bildirib ki, bu qədər bölüm bir serial üçün kifayətdir və "Kızıl qoncalar" iyun ayında 50-ci bölümü ilə ekranlara vida edəcək. Xatırladaq ki, serialda baş rollarda Özcan Deniz, Özgü Namal, Mert Yazıcıoğlu və Mina Demirtaş çəkilir.