“Qalatasaray” səfərdə çətin qələbə qazandı

4 Fevral 2025 00:15 (UTC+04:00)

Futbol üzrə Türkiyə Superliqasında XXIV tura yekun vurulub. SİA xəbər verir ki, bağlanış oyununda “Qalatasaray” səfərdə “Qaziantep”in qonağı olub. Görüş İstanbul təmsilçisinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 5-ci dəqiqədə Ahmet Kutucu vurub. Bu nəticədən sonra xallarını 57-yə çatdıran “Qalatasaray” turnir cədvəlinə başçılıq edir. “Qaziantep” isə 26 xalla 12-ci pillədə qərarlaşıb.